Canlı lövhə
Planşetdə qələmlə yazırsınız, şagirdlər həm sinifdəki ekranda, həm də evdə öz telefonunda görür. Dama, xətli və koordinat vərəqləri var.
Planşetdə yazdığınızı şagirdlər sinifdəki ekranda və öz telefonunda eyni anda görür. Ev tapşırığını rəqəmsal dəftərdə həll edirlər, siz də elə orada yoxlayırsınız.
Lövhədə izah edirsiniz, şagird dəftərdə həll edir, siz yoxlayırsınız. Hamısı eyni paneldə.
Planşetdə qələmlə yazırsınız, şagirdlər həm sinifdəki ekranda, həm də evdə öz telefonunda görür. Dama, xətli və koordinat vərəqləri var.
Dərs bitəndə lövhədəki hər şey şagirdin dəftərinə köçür. Ev tapşırığını da elə orada həll edib göndərir.
Səhvi şagirdin öz həllinin üstündə düzəldirsiniz, bal və qeyd yazırsınız. Lazım olsa, işi düzəlişə qaytarırsınız.
1-3-5, 2-4-6 və ya özünüz seçdiyiniz günlər. Dərsi başqa günə keçirəndə və ya ləğv edəndə şagirdlər bunu cədvəldə görür.
Sinifdəki ekran da, evdən qoşulan şagirdin telefonu da yazdığınızı həmin an göstərir. Burada özünüz sınayın: planşetdə yazın.
Dama, xətli və koordinat vərəqləri, xətkeş və transportir. PDF və şəkli açıb üstündə yazmaq olur.
Sinifdəki ekran və şagirdlərin telefonu eyni lövhəni göstərir. Dərsə gələ bilməyən şagird evdən qoşulur.
Dərs bitəndə səhifələr şagirdin dəftərinə köçür. Ev tapşırığı da elə oradadır.
Lövhədə və dəftərdə 11 vərəq növü var: dama, xətli, koordinat, propis, not dəftəri və başqaları. Dərsə uyğun olanı seçirsiniz.
Google hesabınızla daxil olursunuz, panelin adını və ünvanını (məsələn, aysel.defterche.com) təsdiqləyirsiniz. Panel elə o an açılır.
Hər şagirdə hesab açırsınız. Giriş məlumatlarını kopyalayıb WhatsApp-da göndərə bilərsiniz.
Qrup və cədvəl qurursunuz, sonra dərsi planşetdən aparırsınız.
İstənilən fənn üçün. Riyaziyyat və fizika üçün dama və koordinat vərəqi, dillər üçün xətli vərəq var. Lövhəyə nə yazsanız, şagird onu görür.
Hesabı siz açırsınız. Şagird sizin panelinizə (məsələn, aysel.defterche.com) e-poçt və şifrə ilə daxil olur, ayrıca qeydiyyatdan keçmir.
Müəllim üçün qələmli planşet ən rahatıdır. Şagirdlər telefondan, planşetdən və ya kompüterdən qoşulur, sinifdə isə hamı ümumi ekrana baxa bilər. Heç nə yükləmək lazım deyil, brauzer bəsdir.
Bəli. 1 yanvar 2027-dək açılan hər panel həmin tarixədək Pro planındadır: dərsin MP4 videosu, dərsin təkrarı, AI və bütün digər bölmələr pulsuzdur, sınaq və ödəniş yoxdur. Sonra panel pulsuz plana keçir, məlumatlar silinmir.
Hamısı. Bütün bölmələr hər planda açıqdır: canlı lövhə, səs və kamera, dəftər, tapşırıq, ödənişlər və qəbz, imtahan və DİM testləri, AI ilə yoxlama, sual və dərs hazırlamaq, oyunlar, kitabxana. İmtahan və valideyn hesabatı bütün planlarda limitsizdir. Planlar yalnız limitlə fərqlənir: pulsuz planda 10 şagird və ayda 10 AI krediti, dərs yazısı 7 gün saxlanır. Limit yetməyəndə Standart və ya Pro plana keçirsiniz.
Heç nə silinmir. Şagird limitdən çoxdursa, 7 gün ərzində kimin qalacağını özünüz seçirsiniz, sonra ən son əlavə olunanlar arxivə keçir. Planı yüksəldəndə arxivdəkilər özləri qayıdır. Dərs yazıları planın müddəti qədər saxlanır: pulsuz planda 7 gün.
AI ilə işlər bir hesabdan gedir: ev tapşırığının yoxlanması, şagirdin ipucu və lövhəyə şəkil 1 kredit, AI ilə sual hazırlamaqda hər sual 1 kreditdir (bir sorğu ən azı 5). Kredit hər ay yenilənir, çatmasa «Abunəlik» səhifəsindən AI paketi alırsınız, paketin krediti ayla bitmir.
Xeyr. Dərsdə yazılanlar şagirdin rəqəmsal dəftərinə köçür, ev tapşırığını da orada həll edib göndərir.
Google və ya e-poçtla daxil olun, paneliniz elə o an açılır. Sonra ilk qrupu yaradıb şagirdləri əlavə edirsiniz.
3 dəq oxu
Dərsin yazıları, ev tapşırığı və müəllimin düzəlişləri bir yerdə. Rəqəmsal dəftər necə işləyir və kağız dəftərdə itən nələri saxlayır.
2 dəq oxu
Sinifdəki televizor və müəllimin planşeti interaktiv lövhənin işini görə bilər. Nə lazımdır, necə qoşulur və dərsdə necə istifadə olunur.